Bu, bir biznes və müştəriləri arasındakı qarşılıqlı əlaqələri əhatə edir. Söhbət müştərilərin ehtiyaclarını qarşılamaq və onların problemlərini həll etməkdən gedir. Effektiv müştəri xidməti çox vacibdir.

     “Hacı Turqay” məhsulları Azərbaycan Halal Biznes və Turizm Forumunda
    Xəbərlər7 iyul 2025

    “Hacı Turqay” məhsulları Azərbaycan Halal Biznes və Turizm Forumunda

    8-9 oktyabr 2024-cü il tarixlərində “Hacı Turqay” markası olaraq Bakıda keçirilən Azərbaycan Halal Biznes və Turizm Forumunda (AZHAB) iştirak etmişik.

    İki gün davam edən forumda keyfiyyətinə və halallığına tam zəmanət verilən "Hacı Turqay" məhsulları dünyanın 20-dən artıq ölkəsindən təşrif buyurmuş nümayəndələrə, yerli və xarici qonaqlara təqdim olunub. 40-dan çox çeşid ilə tanış olan qonaqlar onların ləzzətindən və keyfiyyətindən çox məmnun qalıb.

    "Hacı Turqay" markası olaraq keyfiyyəti ilə təsdiqlənmiş halal sertifikatlı məhsullarımızı hər kəsə təqdim etməkdən məmnunluq duyuruq.