This involves interactions between a business and its customers. It's about meeting customers' needs and resolving their problems. Effective customer service is crucial.

     “Hacı Turqay”ın “Qazandıran Çarx” kampaniyası başa çatıb
    Completed ProjectsJuly 7, 2025

    “Hacı Turqay”ın “Qazandıran Çarx” kampaniyası başa çatıb

    20-24 may tarixlərində “Hacı Turqay”ın “Bravo” marketlərində keçirilən “Qazandıran Çarx” kampaniyası uğurla yekunlaşıb. Beş gün ərzində minlərlə alıcı həm sevimli məhsullarını, həm də müxtəlif hədiyyələr qazanmaq imkanı əldə edib.

    Kampaniya müddətində 3000-dən çox iştirakçı “Qazandıran Çarx”da bəxtini sınayaraq dadlı və xüsusi hədiyyələr qazanıb. Kampaniya zamanı müştərilərlə interaktiv ünsiyyət, əyləncəli atmosfer və yüksək iştirak aktivliyi müşahidə olunub.

    Bu cür kampaniyalar həm müştəri məmnuniyyətini artırmaq, həm də alıcı təcrübəsini daha maraqlı və yaddaqalan etmək məqsədi daşıyır. Şirkət gələcəkdə daha genişmiqyaslı layihələr və hədiyyəli kampaniyalar təşkil etməyi planlaşdırır.

    “Hacı Turqay” komandası bu fürsətdən yararlanaraq kampaniyaya qoşulan və ona rəng qatan bütün müştərilərə təşəkkür edib.